Accessibility links

ATƏT-in seçkiləri müşahidə missiyası ədalətli monitorinq vəd edir [Video]


ATƏT-in seçkiləri müşahidə missiyası ədalətli monitorinq vəd edir
please wait

No media source currently available

0:00 0:06:04 0:00

ATƏT-in seçkiləri müşahidə missiyası ədalətli monitorinq vəd edir

Missiya rəhbəri ATƏT standartlarına uyğun müşahidə aparılacağını bildirib

“Bizim vəzifəmiz tənqid deyil, seçkilərin monitorinqidir”, bu barədə bugünki mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının rəhbəri Tanda de Zulueta bildirib.

Onun sözlərinə görə, missiya seçkilərin beynəlxalq standartlara və demokratiya normalarına, habelə Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğunluğunu müşahidə edəcək.

ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının rəhbəri Tanda de Zulueta
ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının rəhbəri Tanda de Zulueta
Xanım Zuluetanın sözlərinə görə, missiya avqustun 29-dan öz işinə başlayıb və seçki kampaniyasının gedişatını, Mərkəzi Semki Komissiyasının işini, KİV-də seçkilərin işıqlandırılmasını və s. izləyəcək.

O, həmçinin qeyd edib ki, missiya müşahidəçiləri ölkənin bütün regionlarına göndəriləcək.

Müxalifətin əsas namizədi Rüstəm İbrahimbəyovun qeydiyyata alınmamasına münasibət bildirməsi sualına cavabda missiya rəhbəri bildirib ki, medaianın yazdığına görə MSK imtinanı İbrahimbəyovun ikili vətəndaşlığı ilə əsaslandırıb.

O qeyd edibki, missiya hadisələrin gedişatını diqqətlə izləyəcək.

Missiya rəhbəri bəyanatlarında və hesabatlarında ölkələrinin enerji maraqlarına əsaslanıb-əsaalnamayacağı ilə bağlı sualın cavabında deyib ki, missiya ATƏT-in seçki standartıarına əsaslanacaq.

Xatırladaq ki, Tana de Zuluetanın rəhbərlik etdiyi uzunmüddətli missiyanın tərkibinə 13 nəfər daxildir. Daha 30 nəfər regionlara göndəriləcək.

ATƏT-in qısamüddətli missiyasının tərkibinə 280 nəfər daxil olacaq.

ATƏT DTİHB 1995-ci ildən etibarən Azərbaycanda 8 seçkinin, o cümlədən prezident və parlament seçkilərinin monitorinqini həyata keçirib.
XS
SM
MD
LG