Accessibility links

ATƏT Ermənistan-Azərbaycan cəbhəsində monitorinq keçirəcək


ATƏT-in monitorinqi

ATƏT-in monitorinqi

Bu dəfə monitorinqdə ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi də iştirak edəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 10-da Azərbaycanın Füzuli rayonu ərazisində (Bakıdan 310 kilometr cənub-qərb) Füzuli-Horadiz yolunun şimal istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu (Türkiyə) keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Dan Harvey (İsveçrə) keçirəcək.

Ermənistan-Azərbaycan cəbhəsində 1994-cü ilin mayından atəşkəs elan edilib. Münaqişənin nizamlanmasına vasitəçilik edən ATƏT-in fəaliyyətdə olan sədrinin mandatına uyğun olaraq cəbhə xəttində bir qayda olaraq mütəmadi monitorinqlər keçirilir.
XS
SM
MD
LG