Accessibility links

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Tovuz rayonunun (Bakıdan 438 kilometr qərb) Əlibəyli kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeniy Şarov və Piter Svedberq keçirəcək.

XS
SM
MD
LG