Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri müdafiə naziri ilə görüşüb


Müdafiə naziri Zakir Həsənov Minsk qrupunun həmsədrləri ilə görüşüb
Müdafiə naziri Zakir Həsənov Minsk qrupunun həmsədrləri ilə görüşüb

Həmsədrlər Ermənistan-Azərbaycan münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı təəssüratlarını bildirib

Mayın 19-da Azərbaycanın müdafiə naziri Zakir Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), ATƏT-in Minsk Qrupunun Fransa tərəfindən yeni təyin edilmiş həmsədri Pyer Andryu, Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçiki qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüş zamanı həmsədrlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildirib.


Müdafiə naziri isə regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.
XS
SM
MD
LG