Accessibility links

ATƏT PA Azərbaycanı ATƏT-in Bakı ofisinin statusunu qaytarmağa və təzyiqləri dayandırmağa çağırıb [Video]


ATƏT Parlament Assambleyasının sessiyası

ATƏT Parlament Assambleyasının sessiyası

ATƏT PA qətnaməsinə Azərbaycanla bağlı üç düzəliş edib. Düzəliş Azərbaycan deputatları tərəfindən narazılıqla qarşılansa da səs çoxluğu ilə qəbul edilib.

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü sessiyasında demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitəsində müzakirələrin yekunu olaraq iyunun 30-da qəbul edilmiş qətnamədə Azərbaycanla bağlı 3 düzəliş edilib.

Belə ki, portuqaliyalı komitə rəhbəri İzabel Santosun təklif etdiyi 39-cu düzəlişə əsasən, qətnamədə qeyd edilir ki, ATƏT PA ATƏT iştirakçısı olan bir çox dövlətlərdə, o cümlədən Azərbaycan, Belarus, Qazaxıstan və Rusiyada hüquq müdafiəçilərinin saxlanması, həbsi, qorxudulması və ya başqa şəkildə susmağa məcbur edilməsi məqsədilə inzibati prosedurlardan və qanunvericilikdən sui-istifadələrlə bağlı narahatlığını ifadə edir.

Norveçli parlamentari Bekkevoldun təklif etdiyi 44-cü düzəlişdə “bu yaxınlarda açıq-aşkar siyasi motivli məhkəmə işi çərçivəsində həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi və hüquq müdafiəçisi Anar Məmmədlinin (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri) vəziyyəti ilə bağlı dərin narahatlıq” ifadə olunur.

ATƏT PA Azərbaycan hakimiyyətini Məmmədli barəsində ədaləti bərqərar etməyin yollarını axtararaq, ona və siyasi məhkəmə işlərinin qurbanı olmuş digər vətəndaşlara insan hüquqlarının və qanunun aliliyinin müdafiəsi fəaliyyəti ilə məşğul olmaqda davam etmək hüququ verməyə çağırır.

Nəhayət, isveçli Qabsburq Duqlasın təklif etdiyi 45-ci düzəlişdə Azərbaycan hökuməti israrla ölkədə seçkiləri müşahidə edən missiyanın dilə gətirdiyi narahatlıqların məntiqi nəticəsi kimi ATƏT-ə Bakıda regional büro açmağa icazə verməyə çağırılır. Bu qərar həmçinin ölkəyə qanunun aliliyini demokratikləşmə siyasətinin ayrılmaz komponentinə çevirməyə, bununla da Aİ ilə yaxınlaşmağa imkan verməyə, yəni digər “Şərq Tərəfdaşlığı” ölkələrinin böyük ustalıqla və qətiyyətlə getdiyi yolda irəliləməyə kömək etmək istəyir.

Bu düzəlişlər Azərbaycan parlamentarilərinin kəskin etirazlarına səbəb olub, lakin bununla belə, səs çoxluğu ilə qəbul edilib.

Xatırladaq ki, 1 may 2014-cü ildə Azərbaycan hökumətinin israrı ilə ATƏT-in Bakı ofisinin statusu layihə koordinatoru səviyyəsinə endirilib.

Ofis monitorinq fəaliyyətinin həyata keçirilməsi və hesabatların tərtib edilməsi funksiyasını itirib.

XS
SM
MD
LG