Accessibility links

ATƏT üzv 19 ölkələrin nümayəndələri Ermənistan və Azərbaycana səfər edəcək


Səfərin məqsədi regionla yaxından tanış olmaq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaqdır

Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına (ATƏT) üzv olan ölkələrdən 19-nun ATƏT-dəki daimi nümayəndəsi sentyabrın 10-u və 11-də Azərbaycan və Ermənistana səfər edəcək.
ATƏT-in Bakı ofisinin məlumatına görə, nümayəndə heyəti hökumət nümayəndələri, siyasi partiya və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcək.
Səfərin məqsədi regionla yaxından tanış olmaq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaqdır.
Səfər Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfvindən sonraya təsadüf edir. Çox güman ki, səfər tərəfləri Ramil Səfərovun əfvindən sonra yaranmış gərginliyin daha da artmasından mühafizə etməkdir.
XS
SM
MD
LG