Accessibility links

ATƏT PA sessiyasında Ukrayna problemi qızğın müzakirələrə yol açıb


ATƏT Parlament Assambleyasının sessiyası

ATƏT Parlament Assambleyasının sessiyası

Rusiya Dumasının sədrinə və Ukrayna Radasının vitse-spikeri cavab verib

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Ukraynanın cənub-şərqində vəziyyətin dinc yolla nizamlanmasının şərtlərini açıqlayıb.

“Əlbəttə, biz Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun ölkədə sülhün bərqərarına yönələn cəhdlərini alqışlayırıq. Rusiya bunu istəyir və bundan ötrü hər şeyi edir. Əgər biz həqiqətən sülh istəyiriksə Ukraynanın cənub-şərqindıki vətəndaşlarla bağlı qətiyyətli və dinc addımlar atmalıyıq. Onlar bombadan, zorakılıqdan və qanunsuzluqdan çox əziyyət çəkirlər. Onları bundan qorumaq lazımdır. Onların gələcək həyatına və Ukrayna dövlətinin idarə edilməsində iştirakına zəmanət vermək lazımdır”, - S.Narışkin iyunun 28-də Bakıda ATƏT PA-nın sessiyasında bildirib.

“Rusiya təcavüzkar deyil, Ukrayna ərazisində silahlı birləşməsi yoxdur və olmayıb”, o əlavə edib.

Krıma gəlincə, Narışkin qeyd edib ki, orada Qara dəniz Hərbi-Dəniz Donanmasının bazası yerləşir. Dövlət Duması spikerinin fikrincə, baza “beynəlxalq hüquq normalarına uyğun olaraq orada yerləşir”.

“Rusiya RF xalqlarının, əsasən çeçenlərin öz müqəddəratını təyinetmə hüququnu tanıyırmı?” sualının cavabında Narışkin deyib ki, BMT nizamnaməsinin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ prinsipləri arasında qarşılıqlı münasibətlər “asan deyil”.

Bununla belə o, BMT Konvensiyasının olduğunu qeyd edib. Konvensiyada “beynəlxalq hüququn bu prinsiplərinin hansı şəraitdə bir araya sığması” göstərilir.

Narışkinin fikrincə, Krımda hər şey beynəlxalq hüquq normalarına uyğun, əhalinin demokratik iradəsinin əsasında baş verib.

Narışkin Turan-ın müxbirinin “RF Luqansk və Donetsk vilayətlərini Ukraynanın tərkib hissələri kimi tanıyırmı” sualına birbaşa cavabdan yayınıb.

“Rusiya Federasiyası bütün siyasi və diplomatik yollarla Ukrayna xalqına dəstək verir ki, bu böhran, zorakılıq və vətəndaş müharibəsinə mümkün qədər tez son qoyulsun”, o bildirib.

O əlavə edib ki, Rusiya Ukraynanın cənub-şərqindən olan qaçqınlara humanitar yardım göstərir. Rusiyada onların sayı 400 min nəfərə çatır. Ukraynanın digər regionlarında isə 50 min qaçqın var.

Sergey Narışkin ATƏT PA platformasında isə Ukrayna üzrə kontakt qrupunun yaradılmasını və bu ölkədə vəziyyətin nizamlanması yollarının müzakirəsi məqsədilə geniş əsaslarla beynəlxalq konfransın çağırılmasını təklif edib.

Yalnız açıq və düzgün dialiq Ukraynada vətəndaş sülhünə və ATƏT-in Helsinki ideallarının irəliləməsinə yardım edə bilər. o sessiyada çıxışında bildirib.

Bununla yanaşı Narışkin deyib ki, Helsinki prosesinin 10 prinsipinin hamısına vahid kontekstdə yanaşmaq lazımdır və birini digərindən ayırmaq olmaz.

Onun sözlərinə görə, sərhədlərin pozulması prinsipləri ilə yanaşı münaqişələrin dinc həlli prinsipləri və xalqların öz taleyini müəyyən etmək hüququ da mövcuddur.

S.Narışkin Helsinki prinsiplərinin RF tərəfindən pozulması məsələsinin assambleyanın gündəliyinə daxil edilməsini qeyri-konstruktiv adlandırıb. Onun fikrincə, bu, konfrontasiyaya aparıb çıxara bilər və nəzərdə tutulan sülh prosesini pozar.

“Bütün bəlaları Rusiyanın üzərinə atmaqla Ukraynada sülh prosesini pozmaq olar”, S.Narışkin vurğulayıb.

“Rusiyanın iştirakı olmadan Ukraynada böhranı həll etmək mümkün deyil”, - o əlavə edib.

Onun sözlərinə görə, Ukraynaya qoşun yeridilməsi haqda Federasiya Şurasının qərarının ləğvi ilə Rusiya dinc nizamlanmaya yardım etməyə hazır olduğunu göstərib.

S.Narışkin bildirib ki, Ukraynada gərginliyin artmasına səbəb Viktor Yanukoviçin kənarlaşdırılması barədə antikonstitusion qərar və bunun ardınca insan hüquqlarının pozulması faktlarıdır.

Öz növbəsində Ukrayna Ali Radasının vitse-spikeri Ruslan Koşulinski bildirib ki, “Rusiyanın kriminal hərəkətlərinin ucbatından Ukraynada insan hüquqlarının vəziyyəti çox pisləşib”.

Krımın işğalı ukraynalı fəalların, o cümlədən Krım tatarlarının hüquqlarının kütləvi şəkildə pozulmasına səbəb olub. Krım tatarlarının mədəni, dini, toplaşmaq hüquqları kütləvi şəkildə pozulur. Bir neçə Krım tatarı itkin düşüb.

Rusiya cənub-şərqdə sabitliyi pozur, silah, o cümlədən separatçılara ağır silahlar göndərir.

Rusiya KİV-ində Ukraynaya qarşı informasiya müharibəsi aparılır.

R.Koşulinski dünya ictimaiyyətini Rusiyanın Ukraynaya qarşı təcavüzünə laqeyd qalmamağa çağırıb. “Yaxın keçmişdə təcavüzkarın vaxtında dayandırılmaması insanlığa çox baha başa gəlib”, o vurğulayıb.

“Gəlin, keçmişin səhvlərini təkrarlamayaq. Bu, gələcəkdə Avropaya baha başa gələ bilər”, R.Koşulinski sessiya iştirakçılarına müraciət edib.

XS
SM
MD
LG