Accessibility links

ATƏT-in Minsk Qrupu insidentlərin araşdırılmasına dair layihəni Azərbaycan və Ermənistan XİN rəhbərlərinə təqdim edib


ATƏT

ATƏT

Nazirlər münaqişənin sülh yolu ilə həlli məsələsinə sadiq olduqlarını bir daha təsdiq ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 31-də və iyunun 2-də Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşərək ATƏT-in hazırki sədrinin xüsusi nümayəndəsinin ofisinin imkanlarının genişləndirilməsi və ATƏT araşdırma mexanizmlərinin qurulması ilə bağlı sənəd layihəsini onlara təqdim edib.

Danışıqların yekunlarına dair bəyanatda deyilir ki, görüşdə məqsəd 16 may Vyana görüşündə əldə olunan razılaşmanın yerinə yetirilməsinin gedişinin müzakirəsidir.

Nazirlər münaqişənin sülh yolu ilə həlli məsələsinə sadiq qaldıqlarını bir daha təsdiq ediblər.

“Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin ofisinin genişləndirilməsi və ATƏT araşdırma mexanizmlərinin qurulması ilə bağlı sənəd layihəsini nazirlərə təqdim ediblər. Nazirlər hərtərəfli nizamlanmaya dair danışıqların bərpası məqsədilə iyunda danışıqların növbəti raundu barədə prezidentlər arasında razılaşmanı təsdiqləyiblər” - bəyanatda deyilir.

XS
SM
MD
LG