Accessibility links

Bu gün səhər Yunanıstan paytaxtı Afinada ifrat sağ cinah partiyasının ofisi qarşısında baş vermiş bomba partlayışı nəticəsində binaya ciddi zərər dəyib. Hadisə zamanı xəsarət alanların olmadığı deyilir.

Polis partlayışın Qızıl Şəfəq partiyasının ofisləri qarşısında baş verdiyini deyib.

Güclü partlayış binanın birinci mərtəbəsində yerləşən mağazalar və partiyanın ofislərinə ciddi zərər vurub. Partlayış nəticəsində yaxınlıqda yerləşən binaların pəncərələrinin şüşələri sınıb.

Polis partlayışın səbəblərini araşdırmağa davam edir.

Qızıl Şəfəq partiyası ölkədə dərin iqtisadi böhran fonunda keçirilən parlament seçkiləri zamanı 300 yerdən 18-ni qazanaraq nüfuz qazanıb.

Partiya başqa məsələlərlə yanaşı, bütün mühacirlərin Yunanıstandan çıxarılması təklifi ilə çıxış etməsinə görə tanınır.

Partiya mühacirlərə qarşı zorakı hücumların arxasında olduğuna dair iddiaları rədd edir.
XS
SM
MD
LG