Accessibility links

Sumqayıtda Xəvarici və Sələfi dini qruplar arasında atışma olub


Sumqayıtda atışma

Sumqayıtda atışma

7 nəfər saxlanılıb

Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun mətbuat xidmətləri dekabrın 11-də Sumqayıtda (Bakıdan 32 kilometr şimal) baş verən atışma ilə bağlı birgə məlumat yayıb.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə dekabrın 11-də Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən “Çay evi”ndə ekstremist təmayüllü xəvaricilərlə sələfi təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıb.

Daha sonra “Çay evi”nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahından istifadə edilib.

Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, xəsarət alan olmayıb.

Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılıb.

Təxirəsalınmaz tədbirlərlə daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istəyərkən yaxalanıb.

Şübhəli şəxs qismində axtarılan Elçin Əkbərovun yaşadığı evə baxış zamanı 2 ədəd qumbara aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb

Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisənin digər iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri davam etdirir.
XS
SM
MD
LG