Accessibility links

Naxçıvandan təzadlı xəbərlər: Müdafiə Nazirliyi döyüşlərlə bağlı məlumatları təkzib edir


Avtomat

Avtomat

Məlumatlara görə Ermənistan Silahlı qüvvələri Culfanın Ləkətağ yüksəkliyini ələ keçirib və post qurublar

Bəzi yerli KİV-lər Naxçıvanın Ermənistanla sərhəddə yerləşən Sədərək, Culfa və Şahbuz rayonunda Ermənistan Ordusu ilə şiddətli döyüşlər getdiyini yazır.

Məlumatlara görə Ermənistan Silahlı Qüvvələri Culfanın Ləkətağ yüksəkliyini ələ keçirib və post qurublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, yayılan məlumatlar yalandır və əsası yoxdur.

“Naxçıvan istiqamətində vəziyyət sabitdir. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”, mətbuat xidmətindən deyiblər.

Öz növbəsində yerli sakinlər Amerikanın Səsinə Ləkətağ istiqamətində dünən gecə və bu gün səhər saatlarında atəşkəsin pozulduğunu bildirib.

“Biz iki saatdan çox avtomat və pulemyotların intensiv atəşini eşitdik”, deyə sakinlərdən biri qeyd edib.

Eyni zamanda atəş səsləri regiona yaxın bütün ərazilərdə eşidilib.
XS
SM
MD
LG