Accessibility links

Aştiyaninin ölüm cəzası dünya ictimaiyyətinin qəzəbi ilə qarşılanır


Aştiyaninin ölüm cəzası dünya ictimaiyyətinin qəzəbi ilə qarşılanır
Aştiyaninin ölüm cəzası dünya ictimaiyyətinin qəzəbi ilə qarşılanır

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki,xarici ölkələr xəyanət ittihamı ilə daşlanmaya məhkum edilən qadının məsələsini insan hüquqları porbleminə çevirməməlidir

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki,xarici ölkələr xəyanət ittihamı ilə daşlanmaya məhkum edilən qadının məsələsini insan hüquqları porbleminə çevirməməlidir. O deyib ki, əgər qatilllik insan hüquqları məsələsidirsə, bu halda onlar bütün qatilləri həbsdən azad etməlidir. Sakinə Məhəmmədi Aştiyaninin ölüm hökmünün icrası müvəqqəti təxirə salınsa da, onun ailə üzvləri və dostları ölüm hökmünün icra ediləcəyindən narahatdır. 43 yaşlı Aştiyaninin oğlu və vəkilinin bildirdiyinə görə, edam cəzasına moratorium bu həftə başa çatacaq Ramazan ayına görə tətbiq edilib. Aştiyaninin ölüm cəzası dünya ictimaiyyətinin qəzəbi ilə qarşılanır. Avropa Komissiyasının prezidenti Hose Manuel Barroso edam hökmünü “heç bir sözlə izah edilməyən vəhşilik” adlandırıb.

XS
SM
MD
LG