Accessibility links

Atlantik okeanında yeni Katya fırtınası qasırğaya çevrilə bilər

  • Amerikanın səsi

Atlantik okeanında yeni Katya fırtınası qasırğaya çevrilə bilər

Atlantik okeanında yeni Katya fırtınası qasırğaya çevrilə bilər

ABŞ-ın şərqində İren qasırğasından sonra bərpa işləri getdiyi bir zaman Atlantik okeanında növbəti tropik Katya fırtınası formalaşıb və gələn çərşənbə gününədək Katya fırtınası qasırğaya çevrilə bilər. Qərbə doğru istiqamətlənən tropik Katya fırtınası bir az zəifləyərək Atlantik okeanda saatda 33 kilometr irəliləyir. Katyanin indiyədək ən yüksək külək səviyyəsi saatda 100 kilometr olub. Hələ ki, təhlükə barədə xəbərdarlıq edilməyib. Milli Qasırğa Mərkəzində ABŞ mütəxəssisləri deyirlər ki, Atlantik okeanın Katya adlı 11-ci fırtınasının istiqamətini indidən müəyyən etmək mümkün deyil. Katya fırtınasının üçüncü kateqoriyaya çatacağı gözlənilir.

XS
SM
MD
LG