Accessibility links

Elmar Məmmədyarov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb


Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov
Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqton Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amano ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Məmmədyarov Nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyaya Düzəlişin Azərbaycan tərəfindən təsdiq edilməsi barədə sənədi depozitari rolunda çıxış edən AEBA-nın baş direktoruna təqdim edib.

AEBA Bbaş direktoru Azərbaycanın Düzəlişi təsdiq etməsinin sənədin qüvvəyə minməsi istiqamətində həyata keçirilən səylərə əhəmiyyətli töhfə verdiyini vurğulayıb. AEBA tərəfi son zamanlar bu sahədə böyük irəliləyişlər əldə edildiyini və yaxın vaxtlarda Düzəlişin qüvvəyə minəcəyinə ümidvar olduğunu qeyd edib.

Yukiya Amano daha sonra səhiyyə, kənd təsərrüfatı, sənaye və su ehtiyatlarının idarə edilməsi kimi sahələrdə nüvə texnologiyalarının tətbiq olunması barədə məlumat verib. AEBA-nın öz təcrübəsi ilə xərçəng və şəkərli diabet kimi xəstəliklərin müalicəsində, habelə dünyada yayılmaqda olan təhlükəli viruslarla mübarizədə yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Y.Amano AEBA ilə Azərbaycan arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilməsinə görə razılığını ifadə edib, cari ilin 15 aprel tarixində sözügedən mərkəzin açılışında yüksək vəzifəli AEBA rəsmisinin də iştirak edəcəyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov su ehtiyatlarının idarə edilməsi və kənd təsərrüfatı kimi sahələr də daxil olmaqla, AEBA ilə əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin və bu məqsədlə AEBA mütəxəssisləri ilə məsləhətləşmələrin intensivləşdirilməsinin ölkə üçün maraq kəsb etdiyini vurğulayıb.

Mətbuat xidmətinin məlumatına görə, görüş zamanı həmçinin Ermənistanda yerləşən və bölgə üçün ciddi təhlükə mənbəyi olan köhnəlmiş “Metsamor” atom elektrik stansiyasının fəaliyyətindən irəli gələn təhdidlər əsas müzakirə mövzusu olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG