Accessibility links

ATƏT, Avropa Birliyi və Norveç səfirliyi müxalifət fəallarının həbsindən narahatdır


ATƏT, Avropa Birliyi və Norveç səfirliyi müxalifət fəallarının həbsindən narahatdır

ATƏT, Avropa Birliyi və Norveç səfirliyi müxalifət fəallarının həbsindən narahatdır

2 aprel 2011-ci il tarixli dinc aksiyalardan sonra ölkədə toplaşma azadlığına dair öz narahatlığını ifadə edən bəyanatlar xatırladılır, aksiyalarda iştirak etmiş altı nəfər şəxslə bağlı dünən verilən hökmlərə dair təəssüf bildirilir.

Avropa İttifaqının, ATƏT-in Bakı ofisləri və Norveçin Azərbaycandakı səfirliyi 2 aprel mitinqində iştiraka görə altı müxalifət fəalını azadlıqdan məhrum edən məhkəmənin dünənki hökmündən narahatlığını bildirib.

ATƏT Bakı ofisi bildirir ki, siyasi fəallar Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı, Elnur İsrafilov və Sahib Kərimovun işi üzrə məhkəmə prosesinin monitorinqini aparır. “Məhkəmə prosedurunun ədalətliliyinə şübhəmiz var.

Biz, Apelyasiya Məhkəməsinin obyektivliyinə ümid edirik və toplaşma azadlığı da daxil olmaqla, fundamental hüquq və azadlıqlara uyğun olaraq hüquqi islahatların dəstəklənməsi üzrə hökumətlə işi davam etdirəcəyik”,- deyə təşkilatın bəyanatında qeyd edilir.

Avropa İttifaqının Bakı nümayəndəliyi 2 aprel 2011-ci il tarixli dinc aksiyalardan sonra ölkədə toplaşma azadlığına dair öz narahatlığını ifadə edən bəyanatlarını xatırladaraq, həmin aksiyalarda iştirak etmiş altı nəfər şəxslə bağlı dünən verilən hökmlərə dair öz təəssüfünü bildirir.

Avropa İttifaqının Nümayəndəliyi məhkəmə sistemini ədalətli, şəffaf və sübutlara əsaslanan apelyasiya prosesini təmin etməyə çağırır. "Avropa İttifaqı Nümayəndəliyi ölkədə baş verən yerli hadisələri yaxından müşahidə etməyə və müvafiq hesabatlar verməyə davam edəcək. Avropa İttifaqı demokratiya və qanunun aliliyi kimi sahələrdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərinin həyata keçirilməsində ölkəyə yardımına sadiq qalacaq", - deyə sənəddə vurğulanır.

Norveç Krallığının Azərbaycandakı səfirliyi də Avropa İttifaqının bəyanatını dəstəkləyir.

XS
SM
MD
LG