Accessibility links

ATƏT Azərbaycan hökumətini götürdüyü öhdəliklərə əməl etməyə çağırır


ATƏT Azərbaycan hökumətini götürdüyü öhdəliklərə əməl etməyə çağırır

ATƏT Azərbaycan hökumətini götürdüyü öhdəliklərə əməl etməyə çağırır

ATƏT-in Media və Azadlıqlar üzrə nümayəndəsi Dünya Miyatoviç bu gün hesabat açıqlayıb

ATƏT-in Media və Azadlıqlar üzrə nümayəndəsi Dünya Miyatoviç Azərbaycan hokumətini həbsdə olan jurnalist Eynulla Fətullayevə qarşı sistematik hədə-qorxulara son qoymağa, ATƏT-in qarşısında media və azadlıqlara dair götürdüyü öhdəliklərə əməl etməyə və Avropa İnsan Haqları Məhkəməsinin qərarını dərhal icra etməyə çağırıb.

Mart ayının 2-də Realni Azərbaycan və Gündəlik Azərbaycan qəzetlərinin sabiq baş redaktoru daha təhlükəsiz saxlama məntəqəsinə köçürülməsini istəsə də, cənab Fətullayevi 1 nömrələ koloniyaya göndəriblər.

“Mən Fətullayevin təhlükəsizliyi və pisləşən səhhəti barədə, çox narahatam. Onun ailəsinin davamlı şəkildə anonim təhdidlərlə üzləşməsi də çox narahatedicidir. Mən Azərbaycan rəsmilərini ATƏT-in media azadlıqlarına dair götürdüyü öhdəlikləri yerinə yetirməyə və jurnalistin özünü və onun qohumlarının təhlükəsizliyini təminat altına almaq istiqamətində vacib tədbirlər görməyə çağırıram”-deyə cənab Miyatoviç bildirib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG