Accessibility links

ATƏT Azərbaycanda iqtidarla müxalifətin dialoqunu təşkil edir


ATƏT Azərbaycanda iqtidarla müxalifətin dialoqunu təşkil edir
ATƏT Azərbaycanda iqtidarla müxalifətin dialoqunu təşkil edir

İqtidarla müxalifət arasında görüş keçirilməsi ATƏT-in gündəliyindədir. Dialoq qarşıdakı həftələrdə olacaq.

İqtidarla müxalifət arasında görüş keçirilməsi ATƏT-in gündəliyindədir. Qarşıdakı həftələrdə bunun baş tutacağını təxmin edirik. Bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel jurnalistlərə bildirib.
Onun sözlərinə görə, görüşlə bağlı artıq texniki hazırlıq işlərinə başlanılıb. "Həm Azərbaycanda, həm də Varşavada ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mərkəzi ofisində hazırlıq işləri aparılır".
Onun fikrincə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdiriləcək. “Artıq, seçkilər bitib, yeni seçkilərə isə xeyli vaxt var. Amma, qarşıdakı seçkilərədək yeni qanunun hazırlanması, zamanın tələblərinə uyğun olaraq qanunvericiliyə dəyişikliklər və düzəlişlər edilməsi ilə bağlı təkliflər hazırlayacağıq”, - deyə o qeyd edib.

Xatırladaq ki, ATƏT ötən il parlament seçkiləri öncəsi iqtidar və müxalifət partiyalarının iştirakı ilə müxtəlif mövzularda müzakirələr keçirib.

XS
SM
MD
LG