Accessibility links

ATƏT: Azərbaycanda parlament seçkiləri demokratik standartlara uyğun olmayıb


ATƏT: Azərbaycanda parlament seçkiləri demokratik standartlara uyğun olmayıb
ATƏT: Azərbaycanda parlament seçkiləri demokratik standartlara uyğun olmayıb

ATƏT Azərbaycan hökumətinə seçkilərlə bağlı iyirmi tövsiyyə irəli sürüb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi yanvarın 25-də Azərbaycanda noyabrın 7-də keçirilmiş parlament seçkilərinə dair yekun hesabatını açıqlayıb. ATƏT-in müşahidə missiyasının monitorinqi əsasında hazırlanmış hesabatda Azərbaycan seçkilərinin demokratik standartlara uyğun gəlmədiyi bildirilir.

“7 noybar parlament seçkilərinin dinc şəraitdə keçməsinə və bütün müxalifət partiyalarının siyasi prosesdə iştirak etməsinə baxmayaraq, bu seçkilərin keçirilməsi ölkənin demokratik inkişafında mənalı proqres olmayıb”, - deyə sənəddə bildirilir. Hesabat müəlliflərinin rəyincə vətəndaşların dinc toplaşmaq və ifadə azadlıqları kimi fundamental hüquqları məhdudlaşdırılıb. Azad və müstəqil media siyasi mükaliməyə vasitəçilik etmək imkanından məhrum edilib. Sənəddə seçki mühiti namizədlərə tətbiq edilən məhdudiyyətlər, bürokratik əngəllər, məhdud siyasi atmosfer, qərəzli media işıqlandırması, resurslara qeyri-bərabər çıxış, inzibati səlahiyyətlərdən sui-istifadə və hökumət orqanlarnın seçki prosesinə müdaxiləsi ilə səciyyələndirlir. Müşahidələrin aparıldığı 132 seçki məntəqəsindən 47-də səsvermə prosesi mənfi qiymətləndirlib. Bir sıra hallarda qutulardan çıxan səslər səsverməyə gələn vətəndaşların sayından çox olub, yaxud səsvermənin nəticələrinə qanunsuz müdaxilələr qeydə alnıb. Bakı Appelyasiya Məhkəməsi və Ali Məhkəmə şikayətlərə formal şəkildə yanaşaraq ciddi araşdırma aparmadan onların hamısını rədd edib.

ATƏT seçki prosesinə xalqın etimadını bərpa etmək üçün 20-dən çox tövsiyə ilə çıxış edib.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası 125 yerlik parlamentdə 70 yer əldə edib. Yerdə qalan parlament kürsülərini Əliyevə loyal namizədlər tutub.

XS
SM
MD
LG