Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış edib


ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış edib

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış edib

Həmsədrlər bildirir ki, prezidentlərin üzərinə Təməl prinsiplər üzrə son təkliflərə münasibət bildirmək, sülh yolu ilə nizamlanmaya nail olmaq üçün həmsədrlər və həmsədr ölkələrin hökumətləri ilə işi davam etdirmək öhdəliyi qoyulub.

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov bölgəyə səfərlərinin yekunlarına dair birgə bəyanat yayıb.
İyulun 11-18-də Minsk qrupunun həmsədrləri, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birlikdə Moskva, Vilnyus, Bakı və Yerevana səfər edib.
İyulun 11-də Rusiya xarici işlər naziri Sergey Lavrov, iyulun 13-də Vilnyusda ATƏT rəhbəri Audrius Ajubalislə görüşüb. Görüşdə üç ölkə prezidentinin 24 iyun Kazan görüşü ərəfəsində danışıqlar prosesinin vəziyyəti müzakirə olunub. Həmsədrlər Bakıda və Yerevanda bu ölkə prezidentləri ilə görüşüb.
”Təməl həll prinsipləri üzrə razılıq əldə edilməsinin və münaqişənin tam həllinə doğru irəliləyişin vacibliyi prezidentlərin diqqətinə çatdırılıb. Həmçinin, indi siyasi iradə göstərməyin, uzunmüddətli sülhə nail olmağın və bütün bölgənin bərpa edilməsinin zamanı olduğu qeyd edilib. Prezidentlərin üzərinə Təməl prinsiplər üzrə son təkliflərə münasibət bildirmək, sülh yolu ilə nizamlanmaya nail olmaq üçün həmsədrlər və həmsədr ölkələrin hökumətləri ilə işi davam etdirmək öhdəliyi qoyulub”, - deyə bəyanatda qeyd edilir.

XS
SM
MD
LG