Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan sərhədini piyada keçib


ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan sərhədini piyada keçib
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan sərhədini piyada keçib

Həmsədrlər bu gün Ermənistanın İcevan və Azərbaycanın Qazax rayonu arasındakı avtomobil yolunda keçirilən monitorinqdə iştirak edib və sonra sərhədi keçib.

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Ermənistan-Azərbaycan sərhədini quru yolu ilə keçib.

Belə ki, Ermənistanda səfərdə olan həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin mandatına uyğun olaraq Ermənistanın İcevan və Azərbaycanın Qazax rayonu arasındakı avtomobil yolunda keçirilən monitorinqdə iştirak edib və sonra sərhədi keçərək Qazax rayonuna gəlib.

Turan Agentliyinin məlumatına görə, həmsədrlər noyabrın 30-da münaqişənin nizamlanması ilə bağlı Azərbaycanda müzakirələr aparacaq.
Xatırladaq ki, son bir ildə həmsədrlər qoşunların təmas xəttini artıq dördüncü dəfə quru yolu ilə keçib. Bundan öncə isə, həmsədrlər iyunun 7-də Ağdam rayonunda tərəflərin atəşkəs rejiminə riayət etməsinin mümkünlüyünü nümayiş etdirərək Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini piyada keçib.

XS
SM
MD
LG