Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri hesabat verib


ATƏT-in Minsk Qrupunun həmsədrləri hesabat verib

ATƏT-in Minsk Qrupunun həmsədrləri hesabat verib

Həmsədrlər son bir ildə 8 dəfə regionda olub, 14 dəfə müxtəlif yerlərdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirib. Onlar həmçinin son 14 ayda 4 dəfə təmas xəttini keçib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye ( Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik noyabrın 3-də ATƏT-in Daimi Şurasının iclasında görülmüş işlərə dair hesabat verib. Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik səylərinə yekun vuran həmsədrlər qeyd edib ki, ötən il onlar 8 dəfə regionda olub, 14 dəfə müxtəlif yerlərdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirib. Həmsədrlər həmçinin son 14 ayda 4 dəfə təmas xəttini keçib. Bununla nümayiş etdiriblər ki, sərhəd region xalqları arasında daimi maneə deyil və tərəflər hazır olduğu zaman atəşkəs rejimində hərbi koordinasiya mümkündür.

Həmsədrlər bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur və status-kvodan sülhə keçmək üçün vacib olan qərarları qəbul etmək üçün tərəflərin siyasi iradəsi vacibdir. Həmsədrlər danışıqlar atmosferinin yaxşılaşdırılmasına, atəşkəs rejiminin möhkəmləndirilməsinə, region xalqları arasında qarşılıqlı anlaşmanın yaranmasına yönələn əlavə səylərini qeyd edib. Vasitəçilər həmin məsələlər üzrə təkliflərin hazırlanması və danışıqlar prosesinin müzakirəsi məqsədilə noyabrın sonunda regiona səfər etməyi planlaşdırır.

XS
SM
MD
LG