Accessibility links

ATƏT-in Minskdəki ofisinin bağlanmasına göstəriş verilib

  • Amerikanın səsi

ATƏT-in Minskdəki ofisinin bağlanmasına göstəriş verilib

ATƏT-in Minskdəki ofisinin bağlanmasına göstəriş verilib

Belarus prezident seçkilərini tənqid etdiyinə görə ATƏT-in Minskdəki ofisinin bağlanmasına göstəriş verib. Belarusun Xarici İşlər Nazirliyi bildirib ki, ofisin mandatı başa çatıb. Belarusun bu addımı ATƏT-in dekabr ayının 19-da keçirilən prezident seçkilərindən sonra bu ölkənin demokratik seçkilərdən uzaq olduğunu deməsindən sonraya təsadüf edir. Təşkilat səslərin hesablanmasını ya “pis” ya da “olduqca pis” qiymətləndirib. Beynəlxalq müşahidəçilər seçkilərdən öncə keçirilən nümayişlərə hökumətin sərt çavabını tənqid edir. Lukaşenkonun qələbəsindən sonra müxalif namizədlər və jurnalistlər daxil edilməklə, yüzlərlə opponent həbs edilib.

XS
SM
MD
LG