Accessibility links

ATƏT-in Parlament Assambleyası Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə təyin edib


ATƏT-in Parlament Assambleyası Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə təyin edib
ATƏT-in Parlament Assambleyası Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə təyin edib

Joaro Soareş bildirib ki, region parlamentariləri arasında körpü qurucusu rolunu yerinə yetirəcək, Qafqazda danışıqları canlandıracaq və davamlı sülhə nail olunması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyəcək.

Bazar günü Portuqaliya nümayəndəsi Joao Suareş ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz və Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi təyin edilib. Bu barədə ATƏT PA-nın prezidenti Petros Eftimiu üç Cənubi Qafqaz ölkəsinin nümayəndə heyəti ilə məsləhətləşmələrdən sonra plenar sessiyada bildirib. “Soareş kifayət qədə biliyə və regionun aparıcı nümayəndələri ilə şəxsi əlaqələrə malikdir. Adamları bir yerə toplamaq və diqqəti Qafqazda davam edən münaqişələrə cəlb etmək üçün onun kifayət qədər diplomatik təcrübəsi var”, - Eftimiu vurğulayıb.
“Mən region parlamentariləri arasında körpü qurucusu rolunu yerinə yetirməyə, Qafqazda danışıqları canlandırmağa və davamlı sülhə nail olunması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməyə şadam”, - öz növbəsində Joao Soareş bildirib. Qeyd edək ki, əvvəllər Soareş iki müddətə ATƏT PA-ya rəhbərlik edib və bir neçə dəfə Cənubi Qafqaz ölkələrində olub.

XS
SM
MD
LG