Accessibility links

ATƏT-n mətbuat azadlığı üzrə nümayəndəsi Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini alqışlayır

Hazırda İranın Səhər telekanalının müxbiri Anar Bayramlı, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, bu qəzetin əməkdaşı Aydın Canıyev, regional “Xəyal” telekanalının iki əməkdaşı Zaur Quliyev, Vüqar Qonaqov həbsdədir.

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç sosial şəbəkə fəalı Bəxtiyar Hacıyevin bu gün həbsdən azad edilməsini alqışlayıb və ümidvar olduğunu bildirib ki, tezliklə həbsdə olan bütün jurnalistlər azadlığa buraxılacaq.
“Hacıyevin azad edilməsi haqda qərar müsbət addımdır. Lakin hakimiyyət məhkum olunmuş bütün jurnalistləri azad edərək ifadə azadlığının təminatı üçün çox iş görə bilər. Odur ki, mən Azərbaycandan yeni yaxşı xəbərlər gözləyirəm”, - xanım Miyatoviçin bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, hazırda Azərbaycanda bir neçə jurnalist həbsdədir. Onlar cinayətdə ittiham olunur.

XS
SM
MD
LG