Accessibility links

ATƏT ölkələrinin səfirləri və diplomatları İctimai Palatada görüş keçirib


ATƏT ölkələrinin səfirləri və diplomatları İctimai Palatada görüş keçirib
ATƏT ölkələrinin səfirləri və diplomatları İctimai Palatada görüş keçirib

Azərbaycandakı ictimai-siyasi durum, ölkədə demokratiya, insan hüquqları, siyasi azadlıqlar sahəsində yaranmış vəziyyət, 2 aprel mitinqində həbs olunanlar, mətbuata və jurnalistlərə edilən təzyiqlər, eləcə də Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr aparılıb.

Bu gün Müsavat Partiyasının qərargahında ATƏT-in Bakı ofisinin rəhbəri səfir A.Cankorel, Avropa Birliyinin Azərbaycandakı səfiri R.Kobia, Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri K.Yerokostopulos, ABŞ-ın, Fransanın, İtaliyanın, Avstriyanın, Norveçin, Polşanın, Bolqarıstanın və digər ölkələrin səfirləri və diplomatları ilə İctimai Palatanın təmsilçiləri İsa Qəmbər (Müsavat Partiyasının başqanı), Əli Kərimli (AXCP sədri) və Yusif Bağırzadənin (AMİP sədri) görüşü olub.

İctimai Palatanın katibliyinin məlumatına görə, görüşdə Azərbaycandakı ictimai-siyasi durum, ölkədə demokratiya, insan hüquqları, siyasi azadlıqlar sahəsində yaranmış vəziyyət, 2 aprel mitinqində həbs olunanlar, mətbuata və jurnalistlərə edilən təzyiqlər, eləcə də Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr aparılıb.

XS
SM
MD
LG