Accessibility links

Tennesi ştatının Çattanoqa şəhərində məktəb avtobusu qəzasından sonra sürücü həbs edilib.

Avtobusda olan 35 ibtidai məktəb şagirdindən 6-sı həlak olub. Avtobusu ağaca vuran sürücüyə qarşı ehtiyatsız sürücülük və təhlükəli şərait yaratma ittihamları irəli sürülüb.

Çattanoqa polisi bildirib ki, qəzada heç bir digər avtomobil iştirak etməyib.

Avtobusun olduqca yüksək sürətlə hərəkət etməsinin qəzaya yol açdığı ehtimal edilir.

23 şagird xəstəxanaya çatdırılıb. Uşaqların 5-i hadisə yerində, 1-i isə xəstəxanada keçinib.

Show comments

XS
SM
MD
LG