Accessibility links

Dünya şöhrətli Odri Hepbörn [Video]


Odri Hepbörn 1960-cı illərdə Hollandiyaya həyat yoldaşı Mel Ferrerin “El Qreko” filminin premyerasına gedəndə böyük hərarətlə qarşılanmışdı. 1929-cü ilin may ayında Brüsseldə anadan olan akrtisanın atası ingilis, anası isə Hollandiya baronessası idi. O, uşaqlıq illərini Hollandiyada keçirmişdi.

Almaniyanın Hollandiyanı işğalı yeniyetmə Odri üçün əzab və dəhşət idi. Əmisi və əmisi oğlu onun gözləri qarşısında güllələndi, özü isə aclıq çəkdiyinə görə fiziki cəhətdən çox zəif idi.

1952-ci ildə Londona köçən Odrini fransız yazıçısı Kolett Brodveyə, “Gigi” tamaşasında oynamağa dəvət edir. Bu, onun ilk baş rolda çəkiləcəyi “Roma tətilləri” filminədəki şahzadə roluna vəsiqə idi. Bu filmdəki roluna görə o, “Ən Yaxşı Aktrisa” nominasiyası ilə Oskar makafatına layiq görüldü. Bu rol əslində Elizabet Teylora təklif edilməli idi. Amma Odrinin sınaq kaseti rejissorların diqqətini cəlb etdi.

Filmin direktoru Uilyam Vayler Odrinin “cazibədar, məsum və istedadlı” olduğunu dedi. Oskar mükafatını alan Odri Hepbörn son illər ona yardım edən və ona yol göstərən hər kəsə təşəkkürünü bildirdi.

Uilyam Vaylerin Hepborn haqda dedikləri tezliklə dünyaya yayıldı və o, bir neçə fildə yadda qalan roller oynadı. “Roma tətilləri”ndən sonra Odri “Sabrina” filminə çəkildi və bu filmdəki roluna görə də Oskar mükafatına nominasiya edildi, Lakin Oskarı “Kənd qızı” filmindəki roluna görə aktrisa Qreys Kelli aldı.

Bundan sonra Odri Hepbörn Oskar, Qremmi və Toni mükafatlarını almış üç qadından biri oldu. 1959-cu ildə o, “Rahibənin hekayələri”, 1961-ci ildə “Tiffanidə səhər yeməyi”, 1967-ci ildə “Qaranlığı gözlə” filmlərinə görə Oskar mükafatına nomunasiya edildi.

“Gevanşi evi”ndə isə Odri Hepborn moda ikonasına çevrildi. 1964-cü ildə aktrisa Brodveyin “Merri Poppins” tamaşasında oynadı. Mahnıları Marni Niksonun səsləndirməsinə baxmayaraq, yaxşı aktrisa kimi Odri Hepborn yenidən Oskar mükafatına layiq görüldü.

Dünya boyu ən çox sevilən aktrisa Odri Hepbörn təqaüdə çıxdıqdan sonra UNİSEF-də çalışmağa başladı və 1988-ci ildə Uşaqlara Yadım Təşkilatının xüsusi elçisi seçildi.

2006-cı ildə isə Hepbörnün “Tifanidə səhər yerməyi” filmindəki “Gevanşi” moda şirkətinin dizayn etdiyi “kiçik qara don”-u Kristi hərracında yarım milyon funta satıldı. Əslində satılan paltar filmdəki paltarın eynisi deyildi.

Odri Hepborn 1993-cü ilin yanvar ayında xərçəng xəstəliyindən vəfat etdi. Onun özü ilə qoyub getdiyi irs özündə təkcə film yaradıcılığı deyil, beynəlxalq münasibətlərdə humanizmi tərənnüm edir.

XS
SM
MD
LG