Accessibility links

Audronius Ajubalis: Qeyri-müəyyənlik dövründə təhlükəsizliyə əsaslı yanaşmaya daha çox ehtiyac var


Audronius Ajubalis: Qeyri-müəyyənlik dövründə təhlükəsizliyə əsaslı yanaşmaya daha çox ehtiyac var

Audronius Ajubalis: Qeyri-müəyyənlik dövründə təhlükəsizliyə əsaslı yanaşmaya daha çox ehtiyac var

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (AT’T) 2011-ci ildə Fəaliyyətdə olan Sədri, Litvanın Xarici İşlər Naziri Audronius Ajubalis xüsusi məqalə ilə çıxış edib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 2011-ci ildə Fəaliyyətdə olan Sədri, Litvanın Xarici İşlər Naziri Audronius Ajubalis ATƏT ölkələri xarici işlər nazirlərinin sabah Vilnusda açılacaq konfrans barədə xüsusi məqalə ilə çıxış edib.

Məqalədə deyilir:

Sabah, çərşənbə axşamı günü, Şimali Amerika, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini ümumi dəyərlər ətrafında birləşdirən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan 56 dövlətin, eləcə də Aralıq dənizi, Asiya və Avstraliyadan olan 12 tərəfdaş ölkələrimizin xarici işlər nazirlərini Vilnüsdə salamlayacağam. İki gün ərzində, biz, ümumi təhlükəsizlik prioritetlərimizi müzakirə edəcəyik.
Ötən il liderlərimiz ümumi dəyər və məqsədlər, eləcə də razılaşdırılmış öhdəliklərə əsaslanan azad, demokratik, vahid və bölünməyən Avro-Atlantika və Avrasiya təhlükəsizlik məkanına dair vahid yanaşmaya sadiq qaldıqlarını bildirdilər. Bu, ambisyalı yanaşmadır. Üzləşdiyimiz problemlərə qarşı uğurlu müqavimət göstərmək üçün ehtiyac duyulan etimad mühitini yaratmaq istəyiriksə - fikir ayrılıqlarımızı açıq müzakirə etməli, dövlətlərimiz və cəmiyyətlərimizin illərdən bəri üzləşdiyi və yeni yaranan təhlükələrə qarşı mübarizədə səbirli və qətiyyətli olmalıyıq.
2011-ci ildə, Litva ATƏT sədri kimi təşkilata üzv olan ölkələrə institutlarımız və mexanizmlərə dair, ATƏT öhdəliklərinə uyğun olaraq, islahatlar aparmaq və onları gücləndirmək istiqamətində praqmatik və mənalı addımlar atmağa kömək edib. Elə ötən həftə, Vilnüsdə, altı illik fasilədən sonra Dnestryanı probleminə dair sülh danışıqlarını bərpa etdik. Bu, bir daha, səbir, inad və davamlı preventiv diplomatiyanın hansı dividentlər gətirə biləcəyini nümayiş etdirdi. Mütəşəkkil cinayət, terror, habelə narkotik, silah və insan alveri, və kiberhücumlar kimi transmilli təhlükələrə mübarizəni gücləndirmək üçün kollektiv səylərimizi iki dəfə artırdıq. Cəmiyyətimizin təhlükəsizliyi və bütövlüyünə təhlükə yaradanlardan bir addım öndə olmaq üçün yeganə yol - beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Bu təhlükələrin qulaqardına vurulması bizə baha başa gələ bilər.
Sədrliyimiz dövründə əsas diqqətimiz yalnız dövlətlər arasında daha güclü əlaqələrin qurulmasına yönəlməmişdi. Biz, dövlətlər və onun vətəndaşları arasında qarşılıqlı etimadın artırılmasına da xüsusi önəm verdik. Medianın azadlıqlarımızın qorunmasında və demokratik dəyərlərə hörmətin təminatında oynadığı fundamental rolu tanıyaraq, ifadə azadlığını təşviq etdik. Biz jurnalistlərin təhlükəsizliyinə xüsusi diqqət yetirdik və rəqəmsal medianın azad və plüralist mühitində inkişaf etməsi üçün səylərimizi əsirgəmədik.
Etnik azlıqlar və dini qruplara münasibətdə dözümsüzlüyə qarşı mübarizəyə həsr olunmuş bir neçə yüksək səviyyəli tədbirlər keçirdik. Təəssüf ki, bir çox dövlətlərimizdə bu cür hallar hələ də baş verməkdədir. Böhran zamanlarında azlıqlar adətən ilk zərərçəkənlər sırasında olur.
Bizim ixtisaslaşmış institutlarımız və, ATƏT-in Bakı Ofisi də daxil olmaqla, 16 səhra təmsilçiliklərimizin işi az nəzərə çarpsa da, praktik baxımdan bəlkə də daha böyük əhəmiyyət kəsb edir. Səhra nümayəndəliklərimizlə yerli hökumət orqanları, qeyri-hökumət təşkilatları, media və fəal vətəndaşlarla bütün səviyyələrdə əməkdaşlıq etməsi etibarlı demokratik institutların, eləcədə açıq və şəffaf kommunikasiya və idarəçiliyin əsasını qoyur, habelə cəmiyyətimizin bütün sahələrində təhlükəsizlik üçün həqiqi və hərtərəfli baza təklif edir.
Ötən il Astana sammiti zamanı etiraf etdilər ki, bizim regionun təhlükəsizliyi Əfqanıstan, Asiya və Aralıq dənizinin cənubunda yerləşən digər qonşu dövlətlərin təhlükəsizliyi ilə birbaşa bağlıdır. Yaxın Şərqdə və Şimalı Afrikada baş verən və ölkəmin 20 il öncə müstəqillik və demokratiya uğrunda apardığı mübarizəni xatırladan dramatik hadisələr bir daha insanların azad yaşamaq istəyini bizə xatırlatdı.
Bu ilin əvvəlində Tunisə etdiyim səfər mənə Litvanın 20 il əvvəlki dövrünü, müstəqilliyini bərpa etmək üçün atdığı ilk addımlarını və çox işlərin görülməli olduğu bir dövrünü xatırlatdı. Həmçinin, o zaman daha müdrik demokratik dostlar və qonşuların, o cümlədən Litvanın indi aid olduğu şimal regionunun, təşviqi və dəstəyinin nə qədər əhəmiyyətli olduğunu xatırladım. Bizim keçdiyimiz yol müəyyən zaman aldığı kimi, Aralıq dənizinin cənubunda da baş verən keçid dövrünün zaman alacağını və oradakı dövlət institutları və vətəndaş cəmiyyətinin beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyacı olacağını gözləməliyik. Biz, bütün üzv dövlətlər arasında mütərəqqi təcrübələri bölüşməkdə davam edirik. Təcrübə və biliklərimizi tərəfdaşlarımızla bölüşməyə və bu proses zamanı onlardan da öyrənməyə hazırıq. Eyni zamanda, tərəfdaş Əfqanıstanda hüquq mühafizə orqanlarının səriştəsinin artırılması, habelə Mərkəzi Asiya ölkələrində xarici təsirlərə davamlı ictimai sistemin inkişafı istiqamətində ATƏT-in səyləri qarşıdan gələn hərbi ixtisarlar kontekstində aktuallığını daha da artırmaqdadır.
Davam edən maliyyə böhranı, eləcə də Yaxın Şərq və Şimali Afrikada baş verən sürətli dəyişiklikləri nəzərə alsaq, biz, nə öz dövlətimizdə, nə də ki onun kənarında işlərimizi yarımçıq qoya bilmərik. Biz, ümumi coğrafi məkanımızı həqiqi təhlükəsizlik cəmiyyətinə çevirmək üçün qətiyyət nümayiş etdirməliyik və kollektiv gücümüzdən istifadə etməliyik.

XS
SM
MD
LG