Accessibility links

Aunq San Suu Kyi Fransaya gəlir


Birma demokratlarının lideri Aunq San Suu Kyi Avropaya səfərinin son dayanacağı olan Fransaya gəlir.

Fransa xarici işlər nazirliyi bildirir ki, dörd günlük səfəri əsnasında Aunq San Suu Kyi prezident Fransua Ollandla görüşəcək. Birmalı demokrat həmçinin Milli Assambleyanın və Senatın rəhbərləri, xarici işlər naziri və Parisin meri ilə görüşəcək.

Onun Avropaya səfərinə Britaniya, İsveçrə, İrlandiya və Norveçə səfərlər daxildir.
Norveçdə ikən o, 1991-ci ildə təltif olunduğu Nobel Sülh mükafatını alıb.
XS
SM
MD
LG