Accessibility links

Aunq San Suu Çi partiyasını qanuni şəkildə bərpa edir


Aunq San Suu Çi partiyasını qanuni şəkildə bərpa edir

Aunq San Suu Çi partiyasını qanuni şəkildə bərpa edir

Birmada dəyişikliklər etmək üçün xanım Çi bütün demokrat qüvvələrlə bərabər işləmək istədiyini bildirib

Birman müxalifətinin lideri Aunq San Suu Çi siyasi partiyasının qanuni şəkildə bərpası üçün yazılı müraciət etmək məqsədilə bu gün ali məhkəməyə gəlib. Bu, demokratiya təmayüllü xadimin yeddi il ev dustaqlığından şənbə günü azadlığa buraxılandan sonra mərkəzi Ranqun şəhərinə ilk səfəri idi. O vaxtdan bəri xanım Çi hər gün partiyasının qərargahına gəlir. Partiya bu ay keçirilən seçkilərdə liderinin iştirak edə bilməməsi üçün həbsə alındığına görə seçkiləri boykot edib, və onun rəsmi şəkildə fəaliyyəti dayandırılıb. Bazar günü çıxışında o, Birmada dəyişikliklər etmək üçün bütün demokrat qüvvələrlə bərabər işləmək istədiyini bildirib. Lakin o, bunun hərbi liderlərlə müzakirələr yolu ilə edilməsinin vacibliyini vurğulayıb.

XS
SM
MD
LG