Accessibility links

Aunq San Suu Kyi partiyasının fəaliyyətini bərpa etməyə çalışır


Aunq San Suu Kyi partiyasının fəaliyyətini bərpa etməyə çalışır

Aunq San Suu Kyi partiyasının fəaliyyətini bərpa etməyə çalışır

Azadlığa çıxan Birma müxalifət lideri Aunq San Suu Kyi bu gün rəhbəri olduğu partiyanın baş qərargahına gəlib. Vəkillərlə danışıqlar aparan xanım Aunq San Suu Kyi partiyasının yenidən qanuni fəaliyyətini bərpa etməsi üzərində iş aparır. Onun Milli Demokratiya Liqası noyabrın 7-də son 20 ildə Birmada keçirilən ilk parlament seçkilərində qeydiyyatdan keçə bilməyəndən sonra fəaliyyətini dayandırmışdı. 1990-cı ildə partiya seçkilərdə böyük üstünlüklə qələbə qazansa da, hərbi liderlər onların hakimiyyətə gəlməsinin qarşısını almışdı. Partiya rəhbərliyi o zaman ev dustaqlığı olduğuna görə Aunq San Suu Kyinin qeydiyyata alınmasını qadağan edən qanuna etirazını bildirmək üçün seçkiləri boykot etmişdi.

XS
SM
MD
LG