Accessibility links

Birmanın uzun müddətli müxalifət lideri Aunq San Suu Kyi tərəfdarlarına ünvanladığı məktubda ölkənin növbəti prezidenti ola bilmədiyinə görə üzr istəyib.

Ordu tərəfindən hazırlanan Konstitusiyadakı dəyişiklik oğulları xarici vətəndaş olduğuna görə onun prezident olmasının qarşısını alır.

Aunq San Su Kyinin Demokratiya Uğrunda Milli Liqa Partiyası (NLD) noyabrda keçirilən parlament seçkilərində yerlərin çoxunu qazanıb.

Cümə axşamı məktubu sosial mediada yayılandan sonra NLD-nin nəzarət etdiyi parlamentin aşağı palatası partiyanın üzvü olan Htin Kyavı vitse-prezidentliyə namizəd olaraq seçib.

Həmçinin NLD-nın nəzarət etdiyi parlamentin yuxarı palatası isə vitse-prezidentliyə namizəd olaraq Haneri Hti Yunu seçib.

Parlamentin tam heyətinin martın 18-də vitse-prezidentliyə üç namizəddən hansının prezident olacağını səs vermə yolu ilə müəyyənləşdirəcək.

XS
SM
MD
LG