Accessibility links

Avstraliyada nəhəng timsah ələ keçirilib


Avstraliya polisi bu həftə ölkənin şimal bölgəsində fermadakı mal-qaraya hücum edən 4 metr 33 sm uzunluqdakı nəgəng timsahı ələ keçirib.

Şimal Bölgə Polisi, Yanğınsöndürmə və Fövqəladə Hallar idarələrinin videosunda timsahın ələ keçirilməsində Park və Meşə İdarəsi işçilərinin də polisə yardım etdiyi nümayiş etdirilib.

Timsahın ələ keçirilməsi əməliyyatına Darvin şəhərinin cənubundakı Duqlas Deyli regionu sahibkarlarının Deyli River polis məntəqəsinə müraciətindən sonra başlanıb.

Park və Meşə İdarəsi işçiləri polislə bilkdə nəhəng timsahın ağzını iplə bağlayaraq, sudan çıxara bilib.

Timsah tutulması bu bölgədə qeyri-adı iş deyil, lakin belə bir nəhəngin ələ keçirilməsi asan olmayıb.

XS
SM
MD
LG