Accessibility links

Avstraliyada 900 milyon dollar dəyərində Metamfetamin aşkar edilib


Avstraliya polisi ölkə tarixində ilk dəfə olaraq əb böyük - 900 milyona yaxın dollar dəyərində olan narkotik maddə ələ keçirib.

Keçən dekabr ayında Sidneyin gəmi konteynerlərində gizlədilmiş 720 litrdən çox Metamfetamin aşkar edilib. Çindən gələn və Avstraliyada "buz" adı ilə tanınan bu narkotik maddə qadınların gözəllik üçün istifadə etdiyi əşyaların və döşlüklərdəki jelatinin içərisində aşkar edilib.

Cinayət işi ilə bağlı üçü Honq-Konqdan olmaqla, dörd çinlinin həbs edildiyi və onların dördünün də ömürlük həbs cəzası ilə üzləşə biləcəyi deyilir.

Dünyanın ən gəlirli narkotik bazarlarından birinə çevrilən Avstraliyadakı Metamfetamin əməliyyatı Çinlə birgə aparılan səylər nəticəsində baş verib.

XS
SM
MD
LG