Accessibility links

WikiLeaks-də sənədlərin açılması Tehran və BMT-nin nüvə agentliyi arasında münsasibətlərə mənfi təsir göstərə bilər

  • Amerikanın səsi

Beynəlxalq Atom Enerjisi Agentliyinin 35 ölkədən ibarət heyəti Vyanada iki günlük toplantıya başlayıb. Müzakirələrin diqqət mərkəzində İran, Şimali Koreya və Suriyanın nüvə proqramlarıdır. WikiLeaks saytında ABŞ-ın məxfi diplomatik sənədlərinin açıqlanması Tehranla BMT-nin nüvə agentliyi arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Burada deyilir ki, agentliyin başçısı Yukiya Amano keçən il vəzifəyə keçəndən əvvəl İran da daxil olmaqla, başlıca məsələlərdə ABŞ-ın tərəfində olduğunu bildirib. Reuters xəbər agentiyinə müsahibə verən bir Avropa diplomatı Tehranın vasitəçisinin ABŞ-ın məxfi sənədlərinin açıqlanması məsələsini görüşdə çox güman qaldıracağını gözlədiyini deyib. Məxfi sənədlər islam respublikasının nüvə proqramı ətrafında mübahisələrin həlli istiqamətində diplomatik səylərin artdığı mühüm bir vaxt açıqlanır. İran və dünyanın altı qüdrətli dövləti olan Birləşmiş Ştatlar, Fransa, Rusiya, Britaniya, Çin və Almaniya arasında danışıqlar gələn həftə Cenevrədə yenidən başlamalıdır. Bu, bir ildən artıqdır tərəflərin keçirəcəyi ilk görüş olacaq.

XS
SM
MD
LG