Accessibility links

Şvarseneqqer Avstriyadakı ev muzeyində ona qoyulmuş heykəlin açılışında iştirak edib


Şvarseneqqer Avstriyadakı ev muzeyində ona qoyulmuş heykəlin açılışında iştirak edib
Şvarseneqqer Avstriyadakı ev muzeyində ona qoyulmuş heykəlin açılışında iştirak edib

Kaliforniya ştatının keçmiş qubernarotu və kino ulduz Arnold Şvarseneqqer dogma vətəni Avstriyadakı ev-muzeyində ona qoyulmuş bürünc heykəlin açılışında iştirak edib.

Thal şəhərciyində Avstriyaya oğlu Patriklə gəlmiş Şvarseneqqeri görmək üçün onun yüzlərlə pərəstişkarı toplaşıb.

Şvarseneqqerin uşaqlıq illərinin keçdiyi evdə yaradılmış muzey iyul ayında açılıb. Burada onun həyatının ilk illərinə aid maraqlı əşyalar, o cümlədən gənclik illərində əzələlərini möhkəmlətmək üçün işlətdiyi gimnastika alətləri (hantellər) nümayiş etdirilir.

Muzeyin eksponatları arasında Şvarseneqqerin Kaliforniya ştatının qubernatoru olduğu zamanı arxasında əyləşdiyi taxta yazı masası da var.

Şvarseneqqerin sözlərinə görə, onun uşaqlıq illərinin keçdiyi evin muzeyə çevrilməsi o deməkdir ki, həyatda hamı uğur qazana bilər.

Arnold Şvarseneqqer karyerasına bodibilder kimi başlamış, sonradan aktyor olmuşdur. Onun kino-ekranda yaratdığı ən məşhur roller ConanTerminator filmlərində olub.

ABŞ vətəndaşlığı almış 2003-cü ildən bu ilin əvvəlinə qədər Kaliforniya ştatının qubernatoru vəzifəsini tutmuşdur.

XS
SM
MD
LG