Accessibility links

Ukraynada 30 nəfər Rusiya tərəfdarı öldürülüb [Fotoqalereya]


Ukraynanın Daxili işlər naziri Arsen Avakovun sözlərinə görə, Ukrayna ordusunun bazar ertəsi Slavyanskda həyata keçirdiyi əməliyyatlar zamanı Rusiya tərəfdarı döyüşçülərdən 30 nəfər öldürülüb. Cənab Avakov atışma zamanı hökumət qüvvələrindən də 4 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.

Bazar ertəsi Amerikanın Səsi Rusiya tərəfdarlarından azı 20 nəfərin öldüyünü təsdiq edib. Cənab Avakov müxbirlərə Rusiya tərəfdarlarına qarşı döyüşlərdə 800 nəfərə qədər yaxşı təlim keçmiş və yaxşı silahlanmış hərbçinın iştirak etdiyini deyib.

Bu gün isə Rusiya tərəfdarı döyüşçülərin çoxunun Slavyaskın mərkəzində qoyduqları barrikadaları tərk edərək, şəhərin kənarına çəkildiyi bildirilib.
XS
SM
MD
LG