Accessibility links

Elm

Kiçik avatar xəstə uşaqlara kömək edir [Video]


Kiçik avatar uzun-müddətdir xəstəlikdən əziyyət çəkməsi nəticəsində dostlarından və sinif yoldaşlarından təcrid olunmuş uşaqlara yenidən güclərini bərpa etməsinə kömək edə bilər. Robot məktəbdə onları əvəzləyir. Uşaqlar evdən və ya xəstəxanadan müəllimlərini və dostlarını eşidə və hətta dərslərdə iştirak edə bilir.

Bu AV1 avatarıdır. O, uzun müddətdir xəstə olan və məktəbə gedə bilməyən uşağı təmsil edir. Robotu sinifdən sinfə uşağın dosları aparır və onun oturacağı yerə qoyulur. Robot No Isolation adlanan Norveç şirkəti tərəfindən hazırlanıb.

Karen Dolva: “Beləliklə, robot uşaq yerinə parta arxasında əyləşir və uşaq planşetdən və ya telefondan istifadə edərək onu işə salır, onun hərəkətinə nəzarət edir, hətta robor vasitəsiylə danışır. Bu, onun məktəbdə göz və qulağıdır.”

Evdə və ya xəstəxanadakı yatağında olan uşaq dərsdə iştirak edə bilər.

Karen Dolva: “Onun səs gücləndiricisi, mikrofonu və kamerası var. Uşaq evdə və ya xəstəxanada İPad-ə danışdığı zaman burada eşidilir.”

Avatar su keçirmir və ya partadan düşsə də möhkəmdir. AV1-in içində balaca kompyuter var.

Marius Abel: “O, telefonun 4g şəbəkəsinə qoşulub və bu robotu idarə edən kiçik karta bağlanıb.”

Robotun insana oxşaması və ölçüsünün səbəbi var.

Karen Dolva: “Bu kiçik kamera ola bilməz. Çünki digər uşaqlar onu götürə və daşıya bilməz. Bu, onların dostu olmalıdır.”

Robot ictimaiyyətin istifadəsinə bu yaxınlarda verilib. Bu, bəzi uşaqlara yalnız olduqlarını hiss etməmələrinə kömək edəcək.

XS
SM
MD
LG