Accessibility links

Avqustda Azərbaycanda avtomobil qəzasında 92 nəfər ölüb


Avqustda Azərbaycanda avtomobil qəzasında 92 nəfər ölüb

Ay ərzində ən çox ölüm halı avqustun 30-da olub, - 6 nəfər, ən çox yaralanma halı isə avqustun 19-da qeydə alınıb, - 24 nəfər.

Bu ilin avqust ayı ərzində Azərbaycanın avtomobil yollarında nəqliyyat qəzaları nəticəsində 92 nəfər həlak olub, 270 nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatlarında deyilir.
Ötən ay yalnız avqustun 6-da Azərbaycan avtomobil yollarında ölüm və yaralanma ilə nəticələnən qəza olmayıb. Avqustun 4, 6-da və 24-də avtomobil yollarında adam itkisi olmayıb. Ay ərzində ən çox ölüm halı avqustun 30-da olub, - 6 nəfər, ən çox yaralanma halı isə avqustun 19-da qeydə alınıb, - 24 nəfər.

XS
SM
MD
LG