Accessibility links

BMT Trans-Avrasiya Super İnformasiya Magistralı vasitəsilə rabitəliliyin yaradılması qətnaməsini qəbul edib


BMT-nin binası

BMT-nin binası

Azərbaycanın təşəbbüskarı olduğu TASİM Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini nəzərdə tutur

Dekabrın 21-də BMT-nin Baş Assembleyası Azərbaycanın təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) vasitəsilə rabitəliliyin yaradılması” adlı qətnaməni yekdilliklə qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, TASİM layihəsinin reallaşdırılmasına dəstək məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə geniş Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini, özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.

Qətnamədə həmçinin, regionda telekommunikasiya tranzit yollarının inkişafına töhfə vermək məqsədilə hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq inkişaf institutları arasında əlaqələndirmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycanın irəli sürdüyü Avrasiya Rabitəlilik Alyansının təsis edilməsi təklifi öz əksini tapıb.

Aparılan işlər nəticəsində TASİM təşəbbüsü müxtəlif regionlar tərəfindən dəstəklənib və BMT-nin bir sıra nüfuzlu ölkələri ona həmmüəllif kimi qoşulub. Onların sırasında ABŞ, Avstraliya, Belarus, Çin, Əfqanıstan, Gürcüstan, Hindistan, İsrail, İraq, Kanada, Koreya Respublikası, Küveyt, Livan, Qazaxıstan, Mərakeş, Moldova, Özbəkistan, Pakistan, Rusiya Federasiyası, Şri Lanka, Tanzaniya, Türkiyə, Ukrayna, Yaponiya, Yeni Zelandiya və digərləri xüsusilə qeyd oluna bilər.
XS
SM
MD
LG