Accessibility links

Dünən Avro-2012-də C qrupunda II turun oyunları keçirilib. Günün ilk matçında İtaliya yığması Xorvatiya ilə görüşüb.

İngiltərəli baş hakim Hovard Uebbin idarə etdiyi oyunda hesabı italyanlar açıb. Oyunun 39-cu dəqiqəsində Pirlo komandasını irəli çıxara bilib. Birinci hissə bu hesabla başa çatıb.

Matçın ikinci hissəsində italiyalı oyunçular ancaq sarı vərəqələri almaqla yadda qalıblar. Xorvatlar isə hesabı 72-ci dəqiqədə bərabərləşdirə bilib. Mandjukiçin vurduğu qol matçda sonunçu olub. Beləliklə, oyun 1:1 hesabı ilə bitib.

Günün ikinci qarşılaşmasında isə İspaniya millisi İrlandiya yığmasını 4:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada hesabı 4-cü dəqiqədə Fernando Torres açıb. Birinci hissə ispanların 1-0 üstünlüyü ilə başa çatıb. 49-cu dəqiqədə Silva İspaniya millisinin üstünlüyünü iki topa çatdırıb, 70-ci dəqiqədə isə Fernando Torres özünün ikinci, komandasının üçüncü qolunu vurub. Qarşılaşmada son nöqtəni 83-cü dəqiqədə Sesk Fabreqas qoyub – 4:0.

Beləliklə, qrupun turnir cədvəlində ilk yerlərə hərəyə 4 xalla İspaniya və Xorvatiya milliləri bölüşdürürlər. İki oyunda cəmi iki xal toplayan İtaliya yığması üçüncü pillədədir. İrlandiya yığması hələ xal qazana bilməyib və sonuncu yeri tutur.

Bu gün ilə D qrupunda II turun oyunları çərçivəsində meydan sahibi Ukrayna Fransa ilə qarşılacaq. Günün digər oyununda isə İsveçlə İngiltərə yığmaları növbəti mərhələ uğrunda "döyüş"ə çıxacaqlar. Hazırda Ukrayna 3 xalla qrup lideridir

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG