Accessibility links

Azərbaycan avro-4 standartlı avtomobilləri idxal edir


Minik avtomobilləri bazarı

Minik avtomobilləri bazarı

Ölkə aprelin 1-dən avro-4 ekoloji normasına keçib. Avro-4 normasına uyğun gəlməyən avtomobillərin idxalına qadağa qoyulub

Bu il aprelin 1-dən avro-4 ekoloj normasına keçidlə bağlı Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına dəyişiklik edib. Dəyişiklik buraxılış ilindən asılı olmayaraq avtonəqliyyat vasitələrinin idxalının tənzimlənməsinə yönəldilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə avtomobillərin buraxılış ili ekoloji standartlara uyğunluq meyarı olmayacaq. Məsələn, Rusiya istehsalı avtonəqliyyat vasitələri 2013-cü ildən avro-4 standartına uyğundur. Ukrayna, Belarus və Qazaxıstan istehsallı avtomobillər bu ildən avro-4 standartına uyğunlaşdırılıb.

Xatırladaq ki, bu il yanvarın 14-də Azərbaycan hökuməti aprelin 1-dən avro-2-dən avro-4 standartına keçid barədə qərar verib. Ekoloji təsnifata uyğun olaraq, bundan sonra Avropa İttifaqı ölkələrindən 2005-ci, ABŞ-dan 2004-cü, Yaponiya və Çindən 2011-ci, Koreyadan 2006-ci ildən istehsal olunan avtomobilləri ölkəyə gətirmək olar.
XS
SM
MD
LG