Accessibility links

Qərbi Avropanın bütün ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib


Kütləvi reydlər nəticəsində onlarla terrorçunun saxlanmasından sonra Belçika, Almaniya və Qərbi Avropanın bir çox ölkələrində təhlükəsizlik təbbirləri ciddi şəkildə gücləndirilib.

Belçikada minlərlə polis küçələrə axışaraq mümkün terror hədəflərini mühafizə etməyə çalışır. Paytaxt Brüsseldə yəhudi muzeyləri də daxil olmaqla hədəf ola biləcək binaları qorumaq üçün əsgərlər də cəlb edilib.

Belçika təhlükə səviyyəsini 3-cü dərəcəyə qaldırıb. Bu, ən yüksək ikinci dərəcədir.

Almaniyada isə təhlükəsizlik tədbirləri Drezden qatar dayanacağı da daxil olmaqla, əsasən ictimai nəqliyyat obyektlərində gücləndirilib.

Bu arada Yəmən rəsmiləri deyir ki, onlar Əl-Qaidənin Yəməndəki qolu ilə əlaqəsi olmaqda şübhəli bilinən iki Fransa vətəndaşını sorğu-sual üçün saxlayıb. Xatırladaq ki, Parisdəki terror hücumunun məsuliyyətini Əl-Qaidənin Yəməndəki cinahı öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG