Accessibility links

Kipr bankı əmanətlərə vergilər tətbiq edəcək


Əsasən nəğd pulun tətbiq edildiyi Kiprin sakinləri xilas paketinin bir hissəsi kimi bank depozitlərinə vergi tətbiqindən son dərəcə narazıdır. Avroməkanın maliyyə naziri və Beynəlxalq Valyuta Fondu Kipr bankını iflasdan xilas etmək üçün yeni vergi qanununu 13 milyard dollarlıq xilas paketinə əlavə edib.

Avroməkan və Beynəlxalq Valyuta Fondunun birgə planına görə, 131 min dollar və ya ondan çox məbləğə 9.9 faiz vergi rüsumu,131 min dollar və ya ondan aşağı məbləğə isə 6.75 faiz vergi tətbiq ediləcək. Bank vergisi xarici vətəndaşlar da daxil olmaqla, Kipr bankında pulu olan hər kəsə təsir edəcək.

Rusiya prezidenti Vladimir Putin bu gün təklif edilən vergilərin ədalətsiz, qeyri-professional və təhlükəli olduğunu deyib. Rusiya bankları və korporasiyalarının Kipr bank hesablarında milyardlarla dollar pulu var.

Kipr parlamenti vergiyə dair qanunu hələ ki, təstiqləməyib. Dünən parlament mübahisəli vergi qanuna dair səsvermələri təxirə salıb.

Bu arada dünya boyu maliyə bazarlarında qiymətlər aşağı düşüb. Bu dəyişiklik Kiprdə maliyə böhranı ilə əlaqələndirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG