Accessibility links

Avropa İttifaqı Balkan ölkələrini birliyə daxil olmağa çağırır


Avropa İttifaqının liderləri Bosniyanın paytaxtı Sarayevoda Balkanlara verdikləri dəstəyi birgünlük zirvə görüşündə bir daha təsdiqləyiblər.

Avropa İttifaqının liderləri Bosniyanın paytaxtı Sarayevoda Balkanlara verdikləri dəstəyi birgünlük zirvə görüşündə bir daha təsdiqləyiblər. Avropa İttifaqı rəsmiləri çərşənbə günü bildirib ki, 27 millətin daxil olduğu blokun qapıları üzv olmaq istəyən Balkan ölkələri üçün hələ də açıqdır. Serbiya, Makedoniya, Monteneqro, Kosovo, Bosniya və Albaniya kimi ölkələr Avropa İttifaqına üzvlük prosesinin müəyyən mərhələlərindədirlər. Sloveniya 2004-cü ildən bəri Avropa İttifaqının üzvüdür. Sloveniyanın Xorvatiyanı uzun müddətli sərhəd münaqişəsi ilə bağlı blokadaya almaq hədələrinə baxmayaraq, Xorvatiya bu ilin sonuna qədər Avropa İttifaqına üzvlük barədə danışıqları tamamlamaq üzrədir.Avropa İttifaqının növbəli prezidentliyini həyata keçirən İspaniya bu görüşü təşkil edib.

XS
SM
MD
LG