Accessibility links

Hökumətyönümlü gənclər təşkilatları Avropa qurumlarına etiraz edib [Video]


Gənclərin etiraz aksiyası
Gənclərin etiraz aksiyası

Gənclər Qərbin ikili standartlarını pisləyən şüarlar səsləndiriblər

Hökumətyönlü gənclər təşkilatlarının onlarla üzvü səhər saatlarında Bakının Xaqani küçəsində Landmark ofis kompleksinin önündə pilket keçirib. Burada Avropa İttifaqı, ATƏT missiyaları, Böyük Britaniya səfirliyi və ABŞ səfirliyinin bir hissəsi yerləşir.

Aksiya iştirakçıları Qərbin ikili standartlarını pisləyən şüarlar səsləndiriblər, beynəlxalq forumlarda Azərbaycanın ünvanına “əsassız” tənqidlərə son qoyulmasını tələb ediblər.

Öz tələblərini səsləndirdikdən sonra fəallar “Sahil” bağına doğru irəliləyib və orada telekanalların müxbirlərinə öz aksiyaları barədə məlumat veriblər.

Təşkilatçılardan biri - Fuad Rəsul adlı şəxs “Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici qüvvələri” ittiham edib.

“Bu dövlətlər və təşkilatlar bizim uğurlarımızı, Qarabağ problemini görmək istəmirlər. Odur ki, biz etiraz edirik”, o vurğulayıb.

Polis aksiyanın gedişinə mane olmayıb, heç kimi saxlamayıb.

XS
SM
MD
LG