Accessibility links

Ankara qaçqın böhranına görə Avropaya qəzəblidir


Avropa İttifaqının qaçqın böhranını həll etmək səyləri milyonlarla qaçqına sığınacaq verən Türkiyə tərəfindən tənqid edilir. Türkiyə Avropa ölkələrini xəbərdarlıqlara məhəl qoymamaqda ittiham edir.

Türkiyə sahillərində suda boğulmuş oğlan uşağının dünyanı şoka salan şəkilləri böhranın dərinliyini bir daha diqqət mərkəzinə çəkib.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Avropanı Aralıq dənizini qəbiristanlığa çevirməkdə günahlandırıb.

Avropa ölkələrinin Suriyanın qaçqın probleminə belə münasibət göstərməsi məsuliyyətin başqalarının boynuna atılmasıdır

İstanbulun Koç universitetindən ekspert Əhməd İçduyğunun dediyinə görə, Ankara Avropa İttifaqının artmaqda olan qaçqın böhranına məhəl qoymamaqda günahlandırır.

"Avropa ölkələrinin Suriyanın qaçqın probleminə belə münasibət göstərməsi məsuliyyətin başqalarının boynuna atılmasıdır", deyə o bildirir.

Ekspertin bildirdiyinə görə, Avropa miqrant problemini böhran yaşanan iqtisadiyyatı ilə əlaqələndirir.

Ankara İraq və Suriyadan 6 milyon qaçqına sığınacaq verib.

Prezident Ərdoğan Brüsseli dəfələrlə qaçqın böhranı və onun xərclərini paylaşmamaqda günahlandırıb. Fransalı həmkarı Fransua Ollandla telefon söhbəti zamanı Türkiyənin dövlət başçısı bu şikayətlərini bir daha dilə gətirib.

Siyasi tətlilçi Cengiz Aktar Ankaranın şikayətlərini rədd edir.

"GHT-lər, beynəlxalq təşkilatlar yardım göstərmək istədi. Lakin Türkiyə bunun öhdəsindən gələcəyini iddia etdi. İndi isə dalana dirənib." deyə Aktar bildirir.

Təhlilçilər Surira böhranının yaxın zamanda həllini tapacağını düşünmür.

Ankara isə beynəlxalq ictimaiyyətin böhran yükünün bir hissəsini üzərinə götürəcəyinə ümid bəsləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG