Accessibility links

Avropa İttifaqı İspaniya banklarını xilas etmək üçün 37 milyard dollar ayırır


British Referendum on Europe

British Referendum on Europe

Avrozona ölkələrinin maliyyə nazirləri İspaniya banklarını xilas etmək üçün 37 milyard dollar xərcləməyə dair razılığa gəlib.

Avro-qrupun prezidenti Jan-Klod Cunker bu gün deyib ki, maliyyə razılıq təsdiq edildikdən sonra bu ayın sonuna qədər İspaniyaya verilə bilər.

İspaniya borclar üzrə məsrəfləri aradan qaldırmaq üçün 125 milyard dollar istəyib. Rəsmilər məbləğin bu rəqəmə çata biləcəyini deyib. Lakin onlar eyni zamanda kreditlə bağlı müqavilənin İspaniyadan bank sektorunda islahatlar aparılmasını tələb etdiyini əlavə edib.

Maliyyə nazirləri İspaniyaya büdcə kəsirini Avropa İttifaqının qoyduğu 3 faiz limit həddinə çatdırması üçün 2014-cü ilədək əlavə bir il vaxt verməyə dair razılığa gəldiklərini bildirib.
XS
SM
MD
LG