Accessibility links

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Xəzər regionuna səfər edib


Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Sir Suma Çakrabartinin Xəzər regionuna səfəri çərçivəsində Azərbaycana iki günlük səfəri başlayıb.

Sir Suma Çakrabarti mayın 23-24-də Türkmənistanda olub, mayın 24-25-də Azərbaycanda, mayın 26-27-də Qazaxstanda səfərdə olacaq.

Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmi internet saytının məlumatına görə, EBRD prezidenti səfər etdiyi dövlətlərin prezidentləri, yüksək vəzifəli rəsmi şəxsləri, biznes qurumları, investisiya şirkətinin nümayəndələri və diplomatlarla görüşəcək.

“Səfərim iqtisadi islahatların dərinləşdirilməsi, bankların, digər beynəlxalq və yerli investorların sərmayələrinin artmasına xidmət edəcək”, Sir Suma Çakrabarti qeyd edib.

O, səfər zamanı innovativ investisiya yanaşmalarını müzakirə edəcək və bir sıra müqavilələr imzalayacaq.

“Hesab edirəm ki, bank regionda mühüm rol oynayır. EBRD 25 il öncədən özəl sektora investisiyalar qoyur və bazara daxil olub. Biz Xəzər regionunda və Mərkəzi Asiya ölkələrində daha çox iş görmək istəyirik. Mən xüsusilə Türkmənistana ilk səfərimi səbirsizliklə gözləyirəm", o qeyd edib.

EBRD Mərkəzi Asiya ölkələrinə 2015-ci ildə layihələrin reallaşdırılması üçün 1,4 milyard avro, Azərbaycana isə 270 milyon avro kredit verib.

XS
SM
MD
LG