Accessibility links

Avropa Birliyi 80 İran rəsmisinə sanksiya tətbiq edə bilər


Avropa Birliyi 80 İran rəsmisinə sanksiya tətbiq edə bilər

Avropa Birliyi 80 İran rəsmisinə sanksiya tətbiq edə bilər

İranın “Asriran” saytı barələrində sanksiya tətbiq edilməsi ehtimal edilən rəsmilərin adlarını açıqlayıb

Avropa Birliyi mart ayında 80 İran rəsmisinə sanksiya qoyulmasını müzakirəyə çıxaracaq. “Media forum” saytı İranın “Asriran” saytına istinadla bildirir ki, sanksiyaya məruz qalacaq rəsmilərin Avropa Birliyi ərazisindəki bütün əmlakı həbs ediləcək.

Sanksiyaya məruz qalacaq İranın yüksək rütbəli rəsmiləri arasında ayətullah Mesbah Yəzdi, Seyid Əhməd Xatəmi, Məhəmməd Yəzdi, Hüseyn Şəriətmədari, İran Silahlı Qüvvələrinin Baş Bərargah rəisi Həsən Firuzabadi, “Sepah”ın komandanı Məhəmməd Əli Cəfəri, ayətullah Xamneyinin “Sepah”dakı nümayəndəsi höccətülislam Səidi, “Sepah”ın siyasi bölməsinin rəhbəri Yədulla Cavani, “Sepah” Dəniz Qüvvələri komandanının canişini Abdulla Əraqi, “Bəsic” komandanının canişini Əli Fəzli, Daxili Qoşunların komandanı İsmayıl Əhmədi Müqəddəm, onun canişini Əhmədrza Radan, İran MƏhkəmə Sisteminin rəisi ayətullah Sadıq Laricani və onun canişini İbrahim Yunisi, İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei, İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar, ali təhsil naziri Kamran Daneşcu, ETTELAAT rəhbəri Heydər Moslehi, rifah naziri Sadıq Məhsuli, ədliyyə naziri Murtuza Bəxtiyari və Tehran ostandarı Murtuza Təməddünün adları var.

XS
SM
MD
LG